Modern.az

DİN həftəsonu törədilən cinayətlərlə bağlı məlumat YAYDI

DİN həftəsonu törədilən cinayətlərlə bağlı məlumat YAYDI

Aktual

22 Fevral 2021, 11:25

2021-ci il fevral ayının 20-dən 22-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.  Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV