Modern.az

Sumqayıtda iki qardaş qadına qarşı zor tətbiq etdilər

Sumqayıtda iki qardaş qadına qarşı zor tətbiq etdilər

Aktual

22 Fevral 2021, 11:46

Sumqayıtda qadına qarşı soyğunçuluq edilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildiirlib ki, fevralın 20-də saat 17 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda 2 nəfər bir qadına zor tətbiq edib pulqabısını alıblar.

 

Həmin vaxt ərazidə xidmət aparan Post-Patrul Xidməti əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində həmin şəxslər saxlanılıblar.

 

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri - Əmiraslanov qardaşları olmaları müəyyən edilib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi