Modern.az

İcra başçısı qazini evində ziyarət etdi - FOTOLAR

İcra başçısı qazini evində ziyarət etdi - FOTOLAR

Aktual

22 Fevral 2021, 13:44

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov Naftalan sakini müddətdən artıq hərbi qulluqçu Qazi-Tağıyev Qiyas Fariz oğlunu evlərində ziyarət ediblər.

 

İcra hakimiyyətindən Modern.az-a bildirilib ki, ziyarət zamanı qazimizin Vətən müharibəsində keçdiyi döyüş yolundan və aparılan uğurlu əməliyyatlarda iştirakından danışılıb.

 

Ali Baş Komandanımız, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfəri Qazimizin diqqətinə çatdıran icra başçısı onun və ailəsinin problemləri ilə maraqlandı, Şəhid ailələri və Qazilərimizin Prezidentimizin  xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğuladı. Sonda ailənin problemləri və həlli istiqamətində müvafiq tapşırılıqlar verilərək nəzarətə götürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?