Modern.az

Prezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradıldı - FƏRMAN

Prezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradıldı - FƏRMAN

Aktual

22 Fevral 2021, 13:58

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.4-cü yarımbəndinə aşağıdakı məzmunda 4-2-ci abzas əlavə edilir:

 

“4-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?