Modern.az

Türkiyədə yoluxma sayı yenidən artdı

Türkiyədə yoluxma sayı yenidən artdı

Aktual

22 Fevral 2021, 22:57

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxmada artım müşahidə olunur. Fevralın 22-də ölkə üzrə 118 min 816 nəfər testdən keçirilib. Onlardan 8 min 104 nəfərdə infeksiyanın əlamətləri aşkarlanıb.

 

Modern.az Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gün ərzində 623 nəfər infeksiya səbəbindən xəstəxanalara yerləşdirilib, 78 nəfər ölüb, 5 min 690 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 2 milyon 646 min 526 nəfərdə virus aşkarlanıb, 28 min 138 nəfər ölüb.

 

Qeyd edək ki, Türkiyə hökuməti koronovirus məhdudiyyətlərini mərhələli qaydada aradan qaldırmağı planlaşdırır. Lakin məhdudiyyətləri sərtləşdirmək və yaxud yumşaltmaq səlahiyyətləri yerli hakimiyyət orqanlarına veriləcək.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?