ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) mütəxəssisləri “Perseverance” ("Əzmkarlıq") Mars aparatının enişi zamanı çəkilmiş video nümayiş etdiriblər.
Modern.az TASS-a istinadən xəbər verir ki, video NASA-nın rəsmi saytında yayımlanıb.
Videogörüntüdə aparatın paraşütünün atmosferdə açıldığı andan planetin səthinə toxunduqdan sonra eniş modulunun ayrılmasına qədər olan bütün mərhələlər əks etdirilir.