Modern.az

Ronaldo dubl etdi, "Yuventus" qazandı

Ronaldo dubl etdi,

Aktual

23 Fevral 2021, 01:44

İtaliya A seriyasında "Yuventus" evdə "Krotone"ni qəbul edib.

 

Modern.az xəbər verir ki, matçı ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qolları matçın 38 və 45+1-ci dəqiqələrində Kriştiano Ronaldo, 66-cı dəqiqədə isə Venston rəqibin qapısından keçirib.

 

Aktivinə 3 xal yazdıran "Yuventus" 42 xalla turnir cədvəlində altıncı yerdə qərarlaşıb. "Krotone" isə 12 xalla sonuncu yerdədir.

 

Qeyd edək ki, K.Ronaldo bugünkü qolları ilə cari mövsümdə A Seriyasında bütün rəqib komandaların qapılarına qol vurmuş hücumçu olub.

 

Portuqaliyalı futbolçu 2020/2021 mövsümündə 19 matçda iştirak edərək 18 qol vurub, 2 məhsuldar ötürmə edib.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?