Modern.az

İcra başçısı idman kompleksinin tikintisi ilə maraqlanıb - FOTOLAR

İcra başçısı idman kompleksinin tikintisi ilə maraqlanıb - FOTOLAR

Aktual

23 Fevral 2021, 10:46

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında, Goranboy şəhər Olimpiya-İdman Kompleksinin tikinti işləri surətlə davam etdirilir.

 

Modern.az Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun xidmət təşkilatlarının rəhbərləri ilə birgə Goranboy şəhər  Olimpiya-idman Kompleksində aparılan tikinti işləri ilə yerində tanış oldu, burada tikinti işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələri ilə görüşüb, görüləcək işlər barədə müzakirələr aparılıb.

 

İcra Başçısı  tikinti işlərinin surətlə və keyfiyyətlə aparılması, nəzərdə tutulan bütün işlərin cari ilin mart  ayının sonunadək yekunlaşdırılması, həmçinin kompleksin elektrik enerjisi, istilik təhcizatı, su, rabitə və digər  infrastruktur təminatı ilə bağlı müzakirələr apardı, qeyd olunan məsələlərlə əlaqədar, aidiyyəti məsul şəxslərə tapşırıqlarını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...