Modern.az

Külli miqdarda brilliant qaşlar aşkar edildi - VİDEO

Külli miqdarda brilliant qaşlar aşkar edildi - VİDEO

Aktual

23 Fevral 2021, 17:36

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

 

Modern.az xəbər verir ki,  baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq  inzibati binaya dəvət olunub.

 

Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda-şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilliant qaşlar aşkar olunub.

 

Aşkar olunan brilliant qaşların təxmini ümumi kütləsi 4500 karat (948 qram) təşkil edir.
 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!