Modern.az

Millimiz Moldova yığmasına qalib gəldi - FOTO

Millimiz Moldova yığmasına qalib gəldi - FOTO

Aktual

23 Fevral 2021, 22:46

Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri Moldova seçməsini qəbul edib.

 

“ASK Arena”da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 46-cı dəqiqədə Aysun Əliyeva vurub.

 

Qrupun digər qarşılaşmasında İspaniya Polşa ilə qarşılaşacaq.

 

Qeyd edək ki, bu qalibiyyətdən sonra ilk xallarını qazanan Azərbaycan millisi yer aldığı D qrupunu sonuncu pillədə başa vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi