Modern.az

Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirilib? - Rəsmi CAVAB

Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirilib? - Rəsmi CAVAB

Aktual

24 Fevral 2021, 12:54

Baş Prokurorluğun Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi və həbslərin olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Bu barədə Modern.az-a İcra Hakimiyyətindən məlumat verilib.

 

Məlumatda qeyd edilir ki, İcra Hakimiyyətində heç bir əməliyyat keçirilməyib:

 

"Bu yanlış xəbərdir. Bir neçə ay bundan əvvəl yayılmış əsassız informasiyanı yenidən məqsədli şəkildə tirajlayıblar. İcra Hakimiyyətində heç bir əməliyyat keçirilməyib, məlumat tam yanlışdır".


Xatırladaq ki, bəzi saytlar dünən Abşeron rayon İcra Hakimiyyətində prokurorluq tərəfindən əməliyyat tədbiri keçirilməsi və bir neçə vəzifəli şəxsin həbs olunması barədə məlumatlar yayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...