Modern.az

Bakıda quraşdırılan sığınacaqlar - ÜNVANLAR

Bakıda quraşdırılan sığınacaqlar - ÜNVANLAR

Aktual

24 Fevral 2021, 15:58

Bakının 5 ərazisində isinməyə ehtiyacı olan insanlar üçün çadırlar quraşdırılıb.

 

Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər.

 

Qeyd olunub ki, çadırlar qarlı hava şəraiti olan günlərdə açıq olacaq:

 

“Çadırlar Nərminov rayonu - metronun çıxışı, Yasamal rayonu - İnşaaçılar metrosunun çıxışı, Binəqədi rayonu - Azadlıq metrosunun çıxışı, Sabunçu rayonu - Fətəliyev küçəsi, İmam Rza məscidinin yanında və Xəzər rayonu ərazisində quraşdırılıb”.

 

Bu işə Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri və icra hakimiyyətinin əməkdaşları nəzarət edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?