Modern.az

İrəvanda parlament binası qarşısında barrikadalar quruldu

İrəvanda parlament binası qarşısında barrikadalar quruldu

Aktual

25 Fevral 2021, 23:42

İrəvanda Nikol Paşinyanın istefasını tələb edən etirazçılar parlament binası qarşısında barrikadalar qurub.

 

Modern.az “Sputnik Armeniya” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın müxalifət birliyinin nümayəndəsi İşxan Saqatelyan məlumat verib. “Biz barrikadalarla hər iki tərəfdən Baqramyan prospektini bağlamışıq”, - deyə o bildirib.

 

Ermənistanın müxalifət birliyinin nümayəndəsi, həmçinin müxalifətçilərin çadır qurmağa və tonqal qalamağa davam etdiklərini də deyib. Onun sözlərinə görə, aksiya iştirakçıları parlament binası qarşısında gecələməyi düşünür.

 

Bir qədər əvvəl İşxan Saqatelyan etiraz aksiyalarının Baş nazir Nikol Paşinyan istefa verənə qədər davam edəcəyini vurğulamışdı.

 

Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələrinin baş qərargahı Nikol Paşinyanın istefasını tələb edib və onu öz xalqına qarşı güc işlətməkdən çəkinməyə çağırıb. Buna səbəb baş nazirin təklifi ilə baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifədən azad edilməsi olub.

 

Nikol Paşinyan isə öz növbəsində baş qərargah rəisi Onik Qasparyanı könüllü olaraq istefa ərizəsi yazmağa çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı