Modern.az

Bakıda ikimərtəbəli binada yanğın

Bakıda ikimərtəbəli binada yanğın

Aktual

26 Fevral 2021, 00:17

Bakının Səbail rayonunda yanğın baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Kiçi Qala küçəsi 82 ünvanında qeydə alınıb.

 

Mənzil 3-də yerləşən kondisenerdə elektrik qısaqapanması səbəbindən alov yaranıb. 

 

Nəticədə üç otaqlı mənzildə olan rəsm əsərləri yanıb. Hazırda əraziyə FHN-in yanğından mühafizə xidmətin əməkdaşları cəlb edilib. 

Alov söndürülüb və soyutma işləri aparılır.

 

Qeyd edək ki, mənzil incəsənət qalereyasına məxsusdur.

 

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi ünvanında ikimərtəbəli binada yanğın olması barədə məlumat daxil olub. 

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb edilib.

 

Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı