Modern.az

Rolidə "Xocalıya ədalət!" tələbi nümayiş etdirilir

Rolidə "Xocalıya ədalət!" tələbi nümayiş etdirilir

Aktual

26 Fevral 2021, 01:00

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndəsi Adika İqbalın təşkilatçılığı ilə Roli şəhərində "Xocalıya ədalət!" şüarı yazılmış lövhə yerləşdirilib.

 

Modern.az xəbər verir ki, şəhərin mərkəzi avtomobil magistralında yerləşdirilən lövhədə erməni silahlı birləşmələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi soyqırımın baş vermə tarixi və faciədən fotoşəkillər əks olunub.

 

Lövhədəki şüar və məlumatların iki həftə ərzində nümayiş etdirilməsi nəzərdə tutulub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib