Modern.az

Prezident: “Erməni faşizminin yenidən baş qaldırmasına imkan vermərik”

Prezident: “Erməni faşizminin yenidən baş qaldırmasına imkan vermərik”

Aktual

26 Fevral 2021, 11:07

“Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.  

 

Dövlət başçısı bildirib ki, Azərbaycan Xocalı qurbanlarının intiqamını döyüş meydanında alıb: 

 

“44 gün davam edən İkinci Qarabağ Müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək Xocalı qurbanlarının qanını da aldıq.

 

Azərbaycan heç bir zaman imkan verməz ki, erməni faşizmi yenidən baş qaldırsın”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?