Modern.az

Şəhid və qazi ailələrinin üzvlərinə Azərbaycan vətəndaşlığı verildi

Şəhid və qazi ailələrinin üzvlərinə Azərbaycan vətəndaşlığı verildi

Aktual

18 Mart 2021, 17:16

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istədiyini bildirən 20 nəfər Vətən müharibəsi iştirakçısı, şəhid və qazi ailələrinin yaxın üzvləri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkə hesabında məlumat yayıb.

 

O qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Bakı, Masallı, Cəlilabad, Şəki, Qazax, Ağstafa, Gəncə, Goranboy və Mingəçevirdə vətəndaşlara müvafiq sənədləri yaşadıqları ünvanlarda təqdim edib:

 

“Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin əziz ruhuna dərin ehtiramımızı bildirir, qazilərimizə isə möhkəm can sağlığı arzu edirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada