Avronest Parlament Assambleyasının pandemiyadan sonra ilk toplantısı keçiriləcək.
Modern.az-ın əldə etdiyi məlumata görə, onlayn təşkil ediləcək toplantı aprel ayının 19-20-nə planlaşdırılıb.
Azərbaycan Avronest Parlament Assambleyasında deputat Azər Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.
Xatırladaq ki, Avronest Parlament Assambleyası Avropa İttifaqı və onun Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarus kimi Şərq Tərəfdaşları arasında Şərq Tərəfdaşlığı üzrə parlament institutu qismində təsis edilmiş və qarşılıqlı maraq və öhdəliklərə, o cümlədən birgə mülkiyyət və məsuliyyətə əsaslanan bir qurumdur.
Avronest Parlament Assambleyası Şərq Tərəfdaşlığı siyasətinin parlament institutudur. Assambleya Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələri arasında siyasi yaxınlaşmanı sürətləndirilmək və iqtisadi inteqrasiyanı genişləndirilmək məqsədi ilə lazımi şərtlərin təşviq edilməsi üzrə parlament forumu rolunu oynayır.