Naxçıvan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisə daxil olan “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəddə bildirilir.
Həmin sənədə əsasən, səlahiyyət müddəti başa çatmış hakimlərin Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb. Bu hakimlər, Allahverdiyev Əli Kərim oğlu, Kuimova Vera Gennadiyevna və Qurbanov Yusifəli Süleyman oğludur.