Modern.az

Deputatdan hökumətə çağırış - “Bu prosesi sürətləndirin"

Deputatdan hökumətə çağırış - “Bu prosesi sürətləndirin

Aktual

21 May 2021, 16:39

Deputat Qənirə Paşayeva Milli Məclisdə şəhidlərin adlarının əbədiləşdirilməsi məsələsini qaldırıb. 

 

Modern.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında çıxış edən Qənirə Paşayeva vurğulayıb ki, rayonlarının kəndlərində çox küçələrin, demək olar, adı yoxdur: 

 

“Şəhidlərinin adlarını həmin küçələrə verərək əbədiləşdirmək mümkündür. Bu prosesi, sadəcə, asanlaşdırmaq lazımdır. Məktəbə yanaşma ilə küçəyə yanaşma arasında fərq qoyulmalıdır. Bir kənddə 1, 2, bəzən 6 şəhid var. Küçələrə həmin şəhidlərin adı verilsə, həmin ailələr də bundan razı qalır. Xahiş edirik ki, prosesin rayon daxilində həlli mexanizmi tapılsın, ya da Nazirlər Kabineti bu prosesi sürətləndirsin". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV