"0 avro" fantastik layihəsi çərçivəsində növbəti seriya Şuşaya həsr edilib.
Modern.az xəbər verir ki, layihənin ideya müəllifi kolleksiyaçı Balamirzə Cavadovdur.
Əldə etdiyimiz məlumata görə, sıfır avro kolleksiyaçılar üçün nəzərdə tutulub və heç bir qiymət ekvivalenti yoxdur. Sadəcə olaraq kolleksiyaçılar arasında dəyərə sahibdir.
0 avronun üzərində "Şuşa" yazılıb, eyni zamanda, Qarabağ atı və xarıbülbül təsviri yer alıb.