Modern.az

Deputat qazi xanıma kömək etməyə ÇAĞIRDI

Deputat qazi xanıma kömək etməyə ÇAĞIRDI

Aktual

31 May 2021, 11:42

“Birinci Qarabağ Müharibəsində döyüşən, qazi Rüxsarə Cumayevanın köməyə ehtiyacı var”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Elşən Musayev deyib. Deputat qazinin dövlətdən kömək gözlədiyini bildirib:

“Tutu ləqəbli qazimiz Rüxsarə Cumayevanın hazırda səhhəti pisdir. Onun ayaqları tutulub. Bu qəhrəman xanıma təcili olaraq kömək edilməlidir. Vəziyyəti olduqca qeyri-qənaətbəxşdir. Onun dövlətdən gözləntisi var. Xahiş edirik ki, aidiyyəti qurumlar qazimizin salamlığı üçün səfərbər olsunlar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV