Modern.az

Əməkdar rəssam vəfat etdi

Əməkdar rəssam vəfat etdi

Aktual

7 Oktyabr 2021, 20:25

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın Əməkdar rəssamı, heykəltəraş Namiq Dadaşov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rəssamlar İttifaqı məlumat yayıb.

 

Bildirilib ki, 76 yaşlı rəssam bu gün vəfat edib.

 

Qeyd edək ki, Namiq Dadaşov 1945-ci ildə anadan olub. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Namiq Dadaşov bir çox Beynəlxalq sərgilərin, həmçinin, fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.

 

Allah rəhmət eləsin.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi