Modern.az

“KamAZ” Azərbaycanda yeni servis mərkəzləri açacaq

“KamAZ” Azərbaycanda yeni servis mərkəzləri açacaq

Aktual

9 Oktyabr 2021, 08:41

Rusiyanın "KamAZ" şirkəti yaxın gələcəkdə Azərbaycanda yeni servis mərkəzlərinin açılmasını və tərəfdaşı "Gəncə Avtomobil Zavodu" müəssisəsinin servis şəbəkəsinin modernləşdirilməsini planlaşdırır.

 

Bu barədə Modern.az-a şirkətin mətbuat xidmətindən bildiriblər.

 

Qeyd olunub ki, "KamAZ"ın strateji planları sırasına Cəbrayıl şəhəri yaxınlığında servis mərkəzinin tikintisi də daxildir:

 

"Biz həmçinin "Gəncə Avtomobil Zavodu"nun Bakı və Gəncə şəhərlərində servis şəbəkəsinin modernləşdirilməsini planlaşdırırıq. Bundan başqa, müştərilərimizə yüksək keyfiyyətli və ərazi baxımından əlçatan xidmətlərin təklif olunması üçün yeni servis mərkəzlərinin açılması imkanları nəzərdən keçirilir".

 

Şirkətdən onu da bildiriblər ki, Azərbaycanın perspektiv kommersiya bazarına çıxış məqsədilə "KamAZ" və Gəncə Avtomobil Zavodu" birgə lizinq şirkəti açacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı