Modern.az

Batumidə binanın çökməsinə görə üç nəfər saxlanıldı

Batumidə binanın çökməsinə görə üç nəfər saxlanıldı

Aktual

9 Oktyabr 2021, 09:37

Gürcüstanın Batumi şəhərində beşmərtəbəli yaşayış binasının bir hissəsinin çökməsi ilə əlaqədar üç nəfər saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi bildirib.

 

Qeyd olunur ki, saxlananlar birinci mərtəbədə yerləşən mənzilin sahibi və iki fəhlə olub.

 

Binanın təmir işləri zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı çökdüyü bildirilir.

 

Xatırladaq ki, hadisə nəticəsində beş nəfər həlak olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı