Modern.az

Tikintidə bədbəxt hadisə - Fəhlənin qolu qopdu

Tikintidə bədbəxt hadisə - Fəhlənin qolu qopdu

Aktual

9 Oktyabr 2021, 10:07

Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

 

Modern.az report-a istinadla bildirir ki, şəhər sakini, 1965-cı il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi "Kristal Beton" zavodunda avtomobilə qum-çinqıl tökən avadanlığın altıntakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.

 

E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!