76 saylı Lənkəran-Astara seçki dairəsindən deputat Ziyafət Əsgərov Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, deputat Rəşad Mahmudov, YAP Astara rayon təşkilatının və hüquq mühafizə orqanlarının rəhbərləri, səlahiyyətli şəxslər şəhid həkim-baş leytenant Nurlan Fərəməzovun il dönümü ilə bağlı anım mərasimində iştirak edərək, ailə üzvlərinə baş sağlığı veriblər.
Modern.az xəbər verir ki, sonra deputat seçildiyi dairənin əhatə etdiyi kəndlərdə İkinci Qarabağ müharibəsində rəşadət göstərərək, torpaqlarımız uğrunda şəhidlik zirvəsini ucalmış şəhidlərimizin anımı ilə bağlı növbəti görüşlərini keçirib.
Dairənin Maşğan, Sığaloni və Daştatük kəndlərində şəhid Cəfərov Əli, şəhid Cahangirov Rauf, şəhid Əliyev Ramin və şəhid Babazadə Məhəmmədin il dönümü ilə bağlı ailə üzvləri ilə birlikdə görüş keçirmiş, şəhid ailələrinin arzu və istəkləri dinlənilib.Ziyarət zamanı şəhidlərimizin döyüşlərdəki qəhrəmanlıqlarından, igidliyindən danışılıb və şəhidlərimizin ruhlarına dualar oxunub.
Millət vəkilinin görüşləri davam edir.
Allah şəhidlərimizi rəhmət eləsin.