Modern.az

Azərbaycan millisi İrlandiyaya uduzdu - YENİLƏNİB

Azərbaycan millisi İrlandiyaya uduzdu - YENİLƏNİB

Aktual

9 Oktyabr 2021, 21:54

Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Modern.az-ın məlumatına görə, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşüb.

 

Bakı Olimpiya Stadionundakı görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, yığmamızın yer aldığı A qrupunda bu gün Lüksemburq – Serbiya matçı da baş tutacaq.

 

***

 

 

Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab dəyişib.

 

Modern.az xəbər verir ki, qonaq komandanın hücumçusu Kallum Robinson ikinci topu meydan sahiblərinin qapısından keçirib.

 

***

00:08

İrlandiya-Azərbaycan matçında hesab açılıb.

 

Modern.az xəbər verir ki, rəqib komanda 7-ci dəqiqədə qol vurub.

 

***

20:00

Bakıda Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başlayıb.

 

Modern.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

 

Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskas idarə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı