Modern.az

Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək

Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək

Aktual

10 Oktyabr 2021, 11:10

Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib. 

 

Hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.

 

Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı