Modern.az

Norveçdə “Xarı bülbül” KONSERTİ

Norveçdə “Xarı bülbül” KONSERTİ

Aktual

9 Noyabr 2021, 17:02

 

Norveçin Stavanger şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Xarı bülbül” konserti keçirilib.

 

Modern.az xəbər verir ki, xalqımızı və dünya azərbaycanlılarını möhtəşəm bayram münasibətilə təbrik edən azərbaycanlı musiqiçi Ülvi Həsənli (skripka) bolqarıstanlı həmkarı Kiril Kutinlə (piano) birgə konsertə Azərbaycanın Dövlət Himnini ifa etməklə başlayıb. Azərbaycan icmasının üzvləri üçün nəzərdə tutulmuş Konsertdə Niyazi, Qara Qarayev, Fikrət Əmirov və digər Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub.  

 

“Xaricdə yaşayan azərbaycanlı olaraq belə günlərdə həmrəy olmağımız bizi hər zaman sevindirir”, - deyə Ü.Həsənli konsertdən sonra təəssüratını bölüşüb.

 

Qeyd edək ki, Ülvi Həsənli hazırda Stavanger şəhərində yaşayır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?