Modern.az

Miqrantlar Polşa sərhədinə hücum ediblər

Miqrantlar Polşa sərhədinə hücum ediblər

Aktual

9 Noyabr 2021, 17:14

Polşa prezidenti Anjey Duda hesab edir ki, miqrantların Polşa sərhədinə hücumunu Minsk təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Bürosunda keçirilən iclasdan sonra özü bildirib.

 

“Sərhəddə baş verənlər Minskin “Polşa və Aİ-yə qarşı” həyata keçirdiyi “hibrid aksiyadır”. 

 

Qeyd edək ki, dünən bir neçə min miqrant Polşa sərhədinə yaxınlaşıb. Onlardan bəziləri tikanlı məftilləri sökməyə çalışarkən, Polşa təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edib.

 

2021-ci ilin əvvəlindən 30 mindən çox miqrant Polşa-Belarus sərhədini keçməyə cəhd edib. Polşa Belarusla həmsərhəd bölgələrdə fövqəladə vəziyyət elan edib, oraya kənar şəxsləri buraxılmır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?