Modern.az

İran ABŞ-a məxsus 2 PUA-nı ələ keçirdi

İran ABŞ-a məxsus 2 PUA-nı ələ keçirdi

Aktual

9 Noyabr 2021, 17:54

İran Ərəbistan dənizində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd PUA-nı ələ keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

 

Məlumata görə, İran ordusu ölkənin cənub-şərqində, Sistan-Bəlucistan əyalətinin Mekran çimərliklərində keçirdiyi "Zülfüqar 1400" adlı təlimlər zamanı İranın hava hücumundan müdafiə zonasına daxil olan ABŞ-a məxsus 2 ədəd RQ4 və MQ-9 tipli PUA-nı ələ keçirib.

 

İran bu barədə dərhal ABŞ-a xəbərdarlıq edib.

 

Qeyd olunub ki, ABŞ PUA-ları İran ordusunun keçirdiyi təlimlə bağlı məlumat toplamaq üçün bölgəyə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?