Modern.az

Şəntopdan ATƏT-ə Qafqazla bağlı ÇAĞIRIŞ

Şəntopdan ATƏT-ə Qafqazla bağlı ÇAĞIRIŞ

Aktual

9 Noyabr 2021, 20:14

Türkiyə Azərbaycan və Ermənistan liderlərinin dialoqa hazır olduqları barədə bəyanatlarını alqışlayır.

 

Modern.az xəbər verir ki, bunu Ankarada Türkiyə parlamentinin sədri Mustafa Şentop ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeltlə görüşündə deyib.

 

Şentopun sözlərinə görə, 2020-ci ildə 44 günlük müharibənin nəticələri Cənubi Qafqazın tarixində yeni səhifə açıb.

 

TBMM sədri vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Cənubi Qafqazda yeni reallıqları nəzərə almalı və uzun müddət davam edən danışıqların səmərəli olmamasının səbəblərini təhlil etməlidir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?