Modern.az

Xaçmazda qadın intihar etdi

Xaçmazda qadın intihar etdi

Aktual

9 Noyabr 2021, 22:30

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Qımılqışlaq kəndində qeydə alınıb.

 

Kənd sakini 1991-ci il təvəllüdlü Sevda Eyvaz qızı Qurbanova özünü yaşadığı evin həyətində asıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

 

Qadının yaxınlarının sözlərinə görə, S.Qurbanovanın özünə qəsd etməsinin səbəbi onun onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.

 

Qeyd edək ki, onun 2 azyaşlı övladı var. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?