Modern.az

Türkiyədəki bina uçqununa görə 4 nəfər SAXLANILDI

Türkiyədəki bina uçqununa görə 4 nəfər SAXLANILDI

Aktual

10 Noyabr 2021, 08:50

Türkiyənin Malatya şəhərinin İnönü rayonunda ikimərtəbəli binanın çökməsinə görə 4 nəfər saxlanılıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, daxili İşlər naziri Süleyman Soylu dağıntılar zamanı ölənin olmadığını, hadisə ilə bağlı 4 nəfərin saxlanılaraq, istintaqa cəlb edildiyini açıqlayıb.

 

Məlumata görə, binanın birinci mərtəbəsində restoran fəaliyyət göstərib. 50 yaşlı binanın uçmasına ilkin ehtimal kimi təmir işləri zamanı səhvə yol verilməsi göstərilir.

 

Türkiyə daxili işlər naziri Süleyman Soylu “Twitter” hesabında 9 saatlıq axtarma-xilasetmə işlərinin başa çatdığını bildirib.

 

Son məlumata görə, çökmə zamanı binada olan 21 nəfərdən 13-ü xəsarət alıb. Onlardan 8- i ilkin müayinədən sonra evə buraxılıb.

 

 

 

Nigar Adil

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?