Modern.az

Qara bibərdə koronavirusa maneə törədən maddə aşkarlandı

Qara bibərdə koronavirusa maneə törədən maddə aşkarlandı

Aktual

10 Noyabr 2021, 08:44

Alimlər müəyyən ediblər ki, bəzi təbii alkaloidlər, xüsusən də istiotun tərkibindəki piperin, COVID-19-un hüceyrələrə yoluxma qabiliyyətini maneə törədir.

 

Modern.az xarici mətbuata istinadən məlumat verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sitologiya İnstitutunun mətbuat xidməti xəbər yayıb.

 

"Ən təsirli birləşmə - piperin - istiotun tərkibindədir", - Rusiya Elmlər Akademiyasının baş elmi işçisi Olqa Ostroumova bildirib.

 

O qeyd edib ki, bu çoxdan məlumdur və müxtəlif tibbi məqsədlər üçün bioaktiv əlavələrdə istifadə olunur.

 

Rusiyalı mütəxəssisin sözlərinə görə, Sankt-Peterburq alimləri hazırda insan hüceyrələrinin lipid membranlarının və koronavirusun birləşməsini maneə törədə bilən maddələri öyrənirlər.

 

Tədqiqatçılar müəyyən ediblər ki, piperin virusun lipid örtüyünün xüsusiyyətlərini dəyişib. Nəticədə virus hüceyrələrə nüfuz etmir və bununla da onun yayılması dayandırılır.

 

Piperin (C17H19NO3) COVID-19-un qarşısının alınması və müalicəsi üçün effektiv pəhriz əlavələrinin yaradılması üçün əsas alkaloid ola bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?