Modern.az

3 ölkənin prezidenti İstanbulda GÖRÜŞƏCƏK

3 ölkənin prezidenti İstanbulda GÖRÜŞƏCƏK

Aktual

10 Noyabr 2021, 11:30

“Yaxın zamanda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü olacaq. Ölkələr arasında münasibətlər əlaqələri daha da inkşaf etdirməyə imkan verəcək”.

 

Modern.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib.

 

Prezidentin sözlərinə görə, üçtərəfli zirvə görüşündə söhbət ilk növbədə enerji, nəqliyyat, kommunikasiya və digər strateji istiqamətlərdən gedəcək:

 

“Türkmənistan, Azərbaycan və Türkiyənin Şərq-Qərb istiqamətində etibarlı nəqliyyat və enerji körpüsünün yaradılması üzərində fəal işlər görülür. Üç ölkənin potensialının bir araya gətirilməsi, ümumi resurslardan, coğrafi, sənaye və texnoloji imkanlardan istifadə təkcə milli iqtisadiyyatın inkişafına güclü təkan verməyəcək, həm də bütün Avrasiya məkanında yeni perspektivlər yarada bilər”.

 

Qeyd edək ki, prezidentlərin noyabrın 12-də İstanbul sammitində görüşməsi planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?