Modern.az

Hacıqabulda növbəti səyyar qəbul keçirildi

Hacıqabulda növbəti səyyar qəbul keçirildi

Aktual

14 Aprel 2022, 16:20

Aprelin 14-də təsdiq edilmiş qrafikə uyğun olaraq Hacıqabul rayon İcra Hakimiyyəti başçısının rayonun Navahı qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bir qrup sakin iştirak edib.

 

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın, o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.

 

İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi nəzərdə tutulub.

 

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı