Modern.az

Ukrayna kəşfiyyatı: Mariupol qətliamına bu generallar rəhbərlik edib

Ukrayna kəşfiyyatı: Mariupol qətliamına bu generallar rəhbərlik edib

Aktual

14 Aprel 2022, 17:52

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib ki, Rusiya ordusunun ali komandanlığının iki zabiti Mariupol və Kiyev vilayətində mülki insanların kütləvi qətlinə rəhbərlik edib.


Modern.az xəbər verir ki, Baş Kəşfiyyat İdarəsi ən yüksək komandanlığa aid iki rusiyalı hərbçinin adını və fotosunu yayıb.


Baş Kəşfiyyat İdarəsi bildirib ki, bu iki general Putin rejiminin cinayətkar əmrlərini canfəşanlıqla yerinə yetirir.


Kəşfiyyatın məlumatına görə, Valeri Nikolayeviç Solodçuk Ukraynaya açıq hərbi müdaxilədə birbaşa iştirak edir.


"O, "Şərq" qüvvələr qrupuna daxil olan 36-cı Ordu bölmələrinə komandanlıq edir. 2022-ci ilin fevral ayından aprel ayına qədər Kiyevin qərb istiqamətinin ələ keçirilməsi əməliyyatına rəhbərlik edib. Bu bölmələrin hərbçiləri Kiyev ərazisinin mülki əhalisinə qarşı hərbi cinayətlərdə iştirak edir”, - məlumatda deyilir.


Kəşfiyyat Mariupolun mülki əhalisinə qarşı hərbi cinayətlərdə iştirak etmiş general Dvornikov haqqında da məlumat yayıb.


"Dvornikov Aleksandr Vladimiroviç 24 fevral 2022-ci il aprelin 8-də Ukraynaya açıq hərbi müdaxilədə iştirak edən rus qoşunları qrupunun komandiri təyin edilib. Həmin vaxta qədər o, "Cənub" qoşunlar qrupuna komandanlıq edib. Ona tabe olan Rusiya Milli Qvardiyasının qüvvələri və qoşunları Mariupolun mülki əhalisinə qarşı hərbi cinayətlərdə iştirak ediblər”, - Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi qeyd edib.


Aprelin 9-da xəbər verildiyi kimi, Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibəyə yeni komandir təyin etdiyi məlum olub. İndi rus qoşunlarına Suriyada böyük təcrübəsi olan general Aleksandr Dvornikov rəhbərlik edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı