Modern.az

Kimyəvi silahlardan qorunma üzrə yarış keçirilir - FOTO

Kimyəvi silahlardan qorunma üzrə yarış keçirilir - FOTO

Aktual

14 Aprel 2022, 18:48

Quru Qoşunlarının 2022-ci il hazırlıq planına əsasən "Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə heyəti" adı uğrunda yarış keçirilir.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Yarışın keçirilməsində əsas diqqət şəxsi heyətin taktiki-xüsusi, xüsusi hazırlıq və kütləvi qırğın silahlarından qorunma, kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı cihazlardan, fərdi qorunma vasitələrindən istifadə etmə və sıra fəndlərinin yerinə yetirmə bacarıqlarının təkmilləşdirilməsi, həmçinin hərbi qulluqçuların yüksək fiziki və mənəvi-psixoloji dözümlüyünün tərbiyə edilməsinə yönəldilib.

 

Dörd mərhələ üzrə keçiriləcək yarışın nəticələrinə əsasən "Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə heyəti" müəyyən ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı