Modern.az

Polisin videosunu çəkən şəxsin kimliyi məlum oldu - FOTO

Polisin videosunu çəkən şəxsin kimliyi məlum oldu - FOTO

Aktual

14 Aprel 2022, 22:46

Paytaxtın iri ticarət mərkəzlərindən birində polisin maska tələbi ilə bağlı qanuni müdaxiləsini inkar edərək, maska taxdığını iddia edən, polisi çəkməklə onun guya qanunuz hərəkətlərini ictimailəşdirən şəxsin kimliyi müəyyən olunub.

 

Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Facebook hesabında bildirib.

 

Araşdırmalarla məlum olub ki, 1995-cil il təvəllüdlü Əşrəfli Əşrəfin iddiları tam əsassızdır.

 

DİN rəsmisi qeyd edib ki, araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı