Modern.az

Azərbaycan ukraynalı qaçqınlara növbəti dəfə yardım göndərdi

Azərbaycan ukraynalı qaçqınlara növbəti dəfə yardım göndərdi

Aktual

15 Aprel 2022, 09:50

Azərbaycan hökuməti Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün humanitar yardım göndərib.

 

Modern.az xəbər verir ki, ümumi dəyəri 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

 

Xatırladaq ki, ölkə rəhbərliyinin tapşırığına əsasən fevralın 27-si və martın 12-də Azərbaycan ümumi dəyəri 21,5 milyon manatdan (11,5 milyon avrodan) artıq olan dərman vasitələri və tibbi vasitələr, eləcə də ərzaq və qida məhsulları göndərib. İndiyədək ümumilikdə 520 tonadək humanitar yardım göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı