Modern.az

Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasına seçildi

Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasına seçildi

Aktual

15 Aprel 2022, 12:20

Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasına üzv seçilib.


Modern.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının katibliyi məlumat yayıb.

Qeyd edilib ki, Qurbanqulu Berdiməhəmmədovun təcrübəsi və biliyi Ağsaqqallar Şurasının işinə yardım edəcək.

Xatırladaq ki, Qurbanqulu Berdiməhəmmədov hazırda Türkmənistan Milli Şurasının Xalq İşləri üzrə rəhbəri postunu tutur. Türkmənistanın prezidenti isə onun oğlu Serdar Berdiməhəmmədovdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı