Modern.az

İki alimin ölümünə səbəb olan casus edam ediləcək

İki alimin ölümünə səbəb olan casus edam ediləcək

Aktual

4 May 2022, 14:12

İran və İsveç vətəndaşlığı olan şəxs "Mossad"a casusluq ittihamı ilə edam ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

 

“İran və İsveç vətəndaşı Əhməd-Rza Cəlali İsrailin xarici kəşfiyyat agentliyi "Mossad"a casusluq etdiyi üçün İran Ali Məhkəməsinin qərarı ilə mayın 21-dək edam ediləcək”,- məlumatda deyilir.

 

Qeyd olunub ki, Cəlali "Mossad"a İranın nüvə proqramı ilə bağlı məxfi məlumat verib və bu, həmin ölkədə iki nüvə aliminin qətlinə səbəb olub. Onlardan biri 27 noyabr 2020-ci ildə İranda öldürülən məşhur nüvə fiziki Möhsün Fəxrizadədir. İran rəsmiləri və ekspertlərinin fikrincə, qətldə İsrail kəşfiyyat xidmətlərinin əli olub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı