Modern.az

İrəvanda təxribat - Təhlükəsizlik Xidməti müxalifətə xəbərdarlıq etdi

İrəvanda təxribat - Təhlükəsizlik Xidməti müxalifətə xəbərdarlıq etdi

Aktual

4 May 2022, 16:15

Ermənistanın Milli Təhlükəsizlik Xidməti paytaxt İrəvanda keçirilən etiraz aksiyasının təşkilatçıları ilə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, Dövlət Xidmətinə daxil olan əməliyyat məlumatına görə, bu gün İrəvanda keçirilən aksiyanın təşkilatçıları etirazçı kütləni parlamentin binasını ələ keçirməyə sövq etmək və onları hər hansı cinayəti törətməyə məcbur etmək niyyətindədirlər.

 

Milli Təhlükəsizlik Xidməti parlamentə yönəlik təxribatın qarşısının alınacağını bəyan edib.

 

Qurum müxalifət liderlərini ölkənin daxili təhlükəsizliyini təhdidi etməkdə, ictimai asayişi və təhlükəsizliyi pozmaqda suçlayıb.

 

Milli Təhlükəsizlik Xidməti aksiyaların təşkilatçıları və iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə, təxribatlara uymamağa çağırıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...