Modern.az

“Azərbaycan bu prinsiplər əsasında danışıqlara hazırdır” - Prezident

“Azərbaycan bu prinsiplər əsasında danışıqlara hazırdır” - Prezident

Aktual

11 May 2022, 22:12

Xəbər verdiyimiz kimi, bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib.

 

Modern.az-ın məlumatına görə, telefon danışığı əsnasında Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib.

 

Prezident İlham Əliyev, həmçinin, Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib.

 

Həmçinin oxuyun:

Blinken İlham Əliyevə ZƏNG ETDİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı