Modern.az

İndiyədək 49 min hektar ərazi minalardan təmizlənib

İndiyədək 49 min hektar ərazi minalardan təmizlənib

Aktual

27 Avqust 2022, 18:00

İndiyədək ümumilikdə 49 min 395,3 hektar ərazi minalardan təmizlənib, minalar və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib. Onun sözlərinə görə, minaların partlaması nəticəsində 240 nəfər həlak olub və ya yaralanıb.

 

S.Poladov işğal zamanı dağıdılmış ərazilərin minalarla çirkləndiyini və bu yerlərin təhlükəli ərazilər sayıldığını qeyd edib. O, həmçinin bildirib ki, Ermənistan tərəfindən minalarla bağlı hər hansı xəritə təqdim edilməyib.

 

Qeyd olunub ki, minatəmizləmə işləri prioritet olaraq əsas nəqliyyat yollarında, mühüm infrastruktur binalarında, əsas rayon və kəndlərdə aparılır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı