Modern.az

Yoluxma nisbətən azaldı, ölüm sayı ARTDI

Yoluxma nisbətən azaldı, ölüm sayı ARTDI

Aktual

27 Avqust 2022, 19:07

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 428 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada koronavirusdan 9 nəfər ölüb.

 

İndiyədək ölkədə ümumilikdə 811 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 143 nəfər müalicə olunaraq sağalıb, hazırda  611 aktiv xəstə var. Bu günə qədər 9805 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3215, bu günə qədər isə ümumilikdə 7 142 025 test icra olunub.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı