Modern.az

Bir ailənin 4 üzvü qəzaya düşdü

Bir ailənin 4 üzvü qəzaya düşdü

Aktual

28 Avqust 2022, 09:30

Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

 

Belə ki, Buzovna qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində ər, arvad və 2 övladları xəsarət alıblar.

 

Məlumata görə, hazırda xəsarət alanların adları dəqiqləşdirilir.

 

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...