Modern.az

Liviyada silahlı toqquşmalar: ölənlərin sayı artdı - YENİLƏNİB

Liviyada silahlı toqquşmalar: ölənlərin sayı artdı - YENİLƏNİB

Aktual

28 Avqust 2022, 09:55

Liviyanın paytaxtı Tripolidə silahlı toqquşmalar nəticəsində ölənlərin sayı artıb

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxtda iki silahlı qrup arasında baş verən toqquşmalarda ölənlərin sayı 23-ə, yaralıların sayı isə 140 nəfərə çatıb.

 

***

Liviyanın paytaxtı Tripoli ətrafında şiddətli döyüşlər davam edir.

 

Modern.az xəbər verir ki, döyüşlər hazırda paytaxtın kənarında gedir.

 

Məlumata görə, Tripolinin ətrafındakı silah anbarına hücum edən, general Xəlifə Haftarın nəzarətində olan silahlı qruplaşmalar paytaxt küçələrinə daxil olmağa çalışır.

 

Şəhərin mərkəzində isə yanğınların baş verdiyi bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı